Türkiyəli nazirlər Moskavaya səfər etdi

Oxundu: 35
Türkiyəli nazirlər Moskavaya səfər etdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusu Akar bu gün Moskvaya səfər edib.

 

İslaminSesi TASS-a istinadən xəbər verir ki, türkiyəli nazirlər həmkarı Sergey Lavrov və Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.

 

Tərəflərin Liviya böhranının həllini, Rusiya ilə Türkiyə arasında Suriya koordinasiyasını, ABŞ və İran arasındakı gərginliyin artması fonunda Yaxın Şərqdəki vəziyyəti və bir sıra məsələləri müzakirə edəcəkləri bildirilir.

 

 Xatırladaq ki, xarici KİV-də Liviya Milli Ordusunun (LNA) komandiri, marşal Xəlifə Haftar və Liviya Milli Razılaşma Hökümətinin (PNS) başçısı Fayez Sarracın da Moskvaya səfər edəcəyi qeyd olunur.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system