Türkiyədə güclü zəlzələ baş verib – Ölənlər var (Video)

Oxundu: 1235
Türkiyədə güclü zəlzələ baş verib – Ölənlər var (Video)

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

 

Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib. Təkanlar ətrafdakı bir çox rayonlarda, o cümlədən Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada, eləcə də  İraqın şimalında Ərbil və Duhok vilayətlərində də hiss olunub.   

 

Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib. 

  

Türkiyənin Daxili işlər naziri Süleyman Soylunun məlumatına görə 10 binada dağıntı olub.

 

APA-nın yerli bürosunun son xəbərinə görə, ölənlərin sayı 20-yə, xəsarət alanların sayı isə 1015 nəfərə çatıb. 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system