Türkiyə XİN-dən ABŞ Senatına cavab: “Bu, təxribat xarakterli təşəbbüsdür”

Oxundu: 90
Türkiyə XİN-dən ABŞ Senatına cavab: “Bu, təxribat xarakterli təşəbbüsdür”

ABŞ Senatının 1915-ci il hadisələrini “Erməni soyqırımı” kimi tanıması Türkiyədə geniş rezonans doğurub.

 İslaminSesi “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) tarixin siyasiləşdirilməsini utancverici örnək kimi qiymətləndirib:

 

“Tarixi siyasi məqsədlər üçün istifadə edənlər həqiqətləri görməzdən gələrək məqsədlərinə çata bilməyəcəklər. Bu qərar eyni zamanda, Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi səylərinin qarşısını alan təxribat xarakterli təşəbbüsdür. Qərarın hüquqi əsası yoxdur. Belə haqsız qərarlar Türkiyənin bölgədə mənfəətlərini qorumaq hədəflərinə təsir etməyəcək”.

 

Qeyd edək ki, qətnaməni demokrat senator Robert Menendez və respublikaçı senator Ted Kruz təqdim ediblər. Qanun layihəsi ilə bağlı Senatın Baş Məclisində keçirilən iclasda iştirak edən senatorlardan etiraz edən olmayıb. Qətnamə layihəsi ABŞ Prezidenti Donald Trampa təqdim ediləcək./BAKU.WS/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system