NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Türkiyə Venesuelaya 100 min dollarlıq dərman göndərəcək

Oxundu: 181
Türkiyə Venesuelaya 100 min dollarlıq dərman göndərəcək

Türkiyə Venesuelaya 100 min dollarlıq dərman göndərəcək.

İslaminSesi-nin Haberler.com-a istinadən verdiyi xəbərə görə, bu haqda Türkiyənin Qızıl Aypara cəmiyyətinin başçısı Kərəm Kınık ölkəsinin Buenos-Ayresdəki səfirliyində verilən iftar zamanı biildirib.

 

Onun bura 21-ci Amerikaarası konfransda iştirak etmək üçün gəldiyi qeyd olunur.

 

Kınıkın sözlərinə əsasən, dərmanlar qısa müddətdə Panama ərazisindən Venesuelaya çatdırılacaq.

 

Türkiyənin Qızıl Aypara cəmiyyəti Cənubi Amerikada təbii fəlakətlər nəticəsində zərər çəkənlərə yardım sahəsində aktiv fəaliyyət göstərir.

 

Kərəm Kınık qeyd edib ki, humanitar dəhlizlər açılsa, Türkiyə Venesuelaya humanitar yardım göstərməyə hazırdır. Bu məsələ Venesuelanın həm hökuməti, həm müxalifəti ilə razılaşdırılıb.

 

Qeyd edək ki, Kolumbiyada daxili münaqişəyə görə 6 milyon insanın humaniitar yardıma ehtiyacı var.

 

"Daha 1,9 milyon insan Venesueladan Kolumbiyaya gəlib. Onların da yardıma ehtiyacı var",- deyə Kınık vurğulayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system