NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 78
Türkiyə və İran qarşılıqlı hesablaşmalarda rəsmən milli valyutaya keçdilər

Türkiyə və İran qarşılıqlı hesablaşmalarda rəsmən milli valyutaya keçdilər

İran və Türkiyənin Milli Banklarının sədrləri iki ölkə arasında riyal və lirə ilə hesablamaların aparılmasını imzalayıblar.

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki,  İranın vitse-prezidenti İshaq Cahangirinin Türkiyəyə səfəri çərçivəsində İran Milli Bankının rəhbəri Vəliyullah Seyf və onun türkiyəli həmkarı Murad Çatin Kaya qarşılıqlı hesablamaların yerli valyutalarla aparılması sənədini imzalayıblar.

 

Türkiyə və İran bank sektorunda qarşılıqlı əməkdaşlığı gücləndirmək və qarşılıqlı hesablarını milli valyutada ödəmək qərarı almışdılar. Bu barədə  İran prezidenti Həsən Ruhani Rəcəb Tayyib Ərdoğan ilə Tehranda keçirilən danışıqlar zamanı anlaşma imzalamışdılar.

 

Məlumata görə iki ölkə ilkin mərhələdə 5 milyard lirə və onun miqdarında riyal bankaların ixtiyarında qoyacaqlar.

 

Bundan sonra Türkiyə lirəsi rahatlıqla İran riyalına və əksinə dəyişdirilə biləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system