NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Türkiyə Suriya Ordusunun Afrinə girməsinə münasibət bildirib

Oxundu: 394
Türkiyə Suriya Ordusunun Afrinə girməsinə münasibət bildirib

“Biz Suriya rejimi qüvvələrinin Afrinə girməsini alqışlayırıq, o şərtlə ki, YPG ilə döyüşsün”

İslaminSesi.info aawsat.com-a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

İordaniyaya səfəri çərçivəsində mətbuat konfransında sualları cavablandıran Türkiyə Xİ naziri Suriya Ordusunun Afrinə girməklə bağlı xəbərinə münasibət bildirərkən onun yalnız bir şərtlə alqışlanıldığını deyib.

 

Türkiyə Xİ naziri bildirib ki, o sürətdə bu addım alqışlanar ki, Suriya Ordusu YPG ilə müharibə aparsın.

 

M.Çavuşoğlu həmçinin bildirib ki, Suriya Ordusu Afrinə girdikdən sonra YPG-ə dəstək verərsə o zaman Türkiyə Ordusunun qarşısını heç nə ala bilməyəcək.

 

Qeyd edək ki, Suriya Ordusu Afrinə girməklə bağlı YPG ilə razılıq əldə edib. İlkin məlumata görə anlaşmaya YPG mövqelərinin və silahlarının təhvil verilməsi də var. Suriya Ordusu bu gündən başlayaraq Afrinə girməlidir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system