NAMAZ VAXTLARI:
  • FƏCR 04:25
  • GÜN 05:54
  • ZÖHR 12:45
  • ŞAM 19:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 474
Türkiyə, Suriya müxalifəti silahlılarını kürdlərlə döyüşə aparır - Foto

Türkiyə, Suriya müxalifəti silahlılarını kürdlərlə döyüşə aparır - Foto

Türkiyə Suriya ilə sərhəddəki kürdlərə qarşı Afrin əməliyyatına faktiki olaraq başlayıb

İslaminSesi.info "Cumhuriyet "-ə istinadla xəbər verir ki, Türkiyə höküməti Suriya ilə sərhəd ərazilərini nəarətdə saxlayan kürd birləşmələrinə qarşı döyüşmək üçün "Azad Suriya Ordusu" adlı Suriya hökümətinə müxalif olan silahlı ünsürlərini avtobuslarla Suriya ərazisinə keçirib.


20 avtobusdan ibarət ünsürlər Öncüpınar Sərhəd Qapısından keçirilərək Suriyanın Azəz rayonuna tərəf istiqamətlənib.

Ölkənin müdafiə naziri Nurettin Canikli də bildirib ki, kürd birləşmələrinə qarşı Afrin əməliyyatı keçiriləcək.


"Afrin hərəkatı keçiriləcək. Hərəkat üçün şərtləri təkmilləşdiririk. Afrində bütün terror xətləri aradan qaldırılacaq. Amma vaxtı, saatı tamamilə hərəkatın zəruriliyi çərçivəsində, hərəkatın ən təsirli, ən uğurlu şəkildə aparılması ilə əlaqədar olan planlaşdırmanın bir hissəsidir. Buna görə də, o çərçivədə hazırda lazımi işlər aparılır. Suriyanın şimalındakı bütün terror xətləri, varlığı aradan götürüləcəkdir. Bunun başqa çarəsi yoxdur."

[Haber görseli]

[Haber görseli]

[Haber görseli]

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system