NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Türkiyə: Rusiya Suriya əhalisinin həlak olmasınının qarşısını alıb

Oxundu: 283
Türkiyə: Rusiya Suriya əhalisinin həlak olmasınının qarşısını alıb

Məhz Rusiya siyasi yollarla Suriyada dinc əhalinin həlak olmasına mane olub.

İslaminSesi-nin İslam-Today.ru-ya istinadən verdiyi xəbərə görə, bu fikri Türkiyə maliyyə və xəzinədarlıq naziri Bərat Albayraq NTV telekanalının efirində səsləndirib.

"Bütün dünyanın susduğu halda, Rusiya, xüsusilə Astana prosesi başlandıqdan sonra, Suriyada dinc əhalinin həlak olmasının qarşısını siyasi yollarla alan ölkə oldu", - deyə nazir bildirib.

Onun sözlərinə əsasən, Suriyadakı humanitar fəlakət vəziyyətində məhz Rusiya "güclü mövqe tutan ölkə oldu".

Nazir qeyd edib ki, bununla yanaşı, Rusiya Türkiyə üçün ticarət və energetika kimi sahələrdə ən vacib tərəfdaşdır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system