Türkiyə rəsmisi: “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”
Oxundu: 286
14:27, 22.06.2018
“2020-ci ilə qədər Azərbaycanın Türkiyəyə qoyduğu kiçik və böyük investisiyaların məcmu dəyəri 20 mlrd. ABŞ dollarını keçəcək”.
İslaminSesi “Report” a istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İqtisadi Əlaqələr İdarəsinin Türkiyə-Azərbaycan İşgüzar Şurasının rəhbəri Selçuk Akat deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan ölkəsinin iqtisadiyyatına qoyulan pulun məbləğinə görə, dünyada 3-cüdür. “Yatırımlarda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) böyük payı var”, - deyə S.Akat qeyd edib.
Türkiyə rəsmisi həmçinin bildirib ki, ölkəsinə investisiya yatıran xarici iş adamlarına vətəndaşlıq verilir. Bundan başqa, daşınmaz əmlak alan və tikənlər əlavə dəyət vergisindən (ƏDV) azad olunur: “Bütün bu güzəştlər ötən il Türkiyədə daşınmaz əmlak alan xarici vətəndaşların sayının 22% artmasına səbəb olub.
2017-ci ildə əcnəbilərə 22 234 daşınmaz əmlak satılıb ki, bunların da dəyəri 4,6 mlrd. dollardır. Türkiyədə daşınmaz əmlak alan xarici vətəndaşların sayına görə Azərbaycan ilk 5-likdə yer alır. Son 2 ildə Azərbaycan vətəndaşları Türkiyədə 150-dən artıq torpaq sahəsi, 2 000-ə yaxın daşınmaz əmlak əldə edib”.
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
DİN polis orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqə elan edir 22:39, 21.02.2019
-
Sumqayıtda avtobus ağır qəza törədib - Yaralılar var /Video/ 20:32, 21.02.2019
-
Gömrükdən keçirdikləri kişmiş heroin çıxdı - VİDEO 16:55, 21.02.2019
-
Azərbaycana gətirilən 18 dollarlıq quzu əti ilə bağlı - RƏSMİ AÇIQLAMA 16:25, 21.02.2019
-
Bayıl sürüşmə zonasında 98 ev söküləcək 16:10, 21.02.2019
-
Cəbhədə Ermənistana məxsus PUA məhv edilib - FOTO 15:58, 21.02.2019
-
Məhkəmədə qadın hakimlə prokurora fiziki təzyiq göstərdi 15:45, 21.02.2019
-
Gəncədə qanunsuz silah gəzdirən şəxslər saxlanıldı - VİDEO 15:30, 21.02.2019
ŞƏRH YAZIN