NAMAZ VAXTLARI:
  • FƏCR 03:45
  • GÜN 05:26
  • ZÖHR 12:47
  • ŞAM 20:27
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 265
Türkiyə qalmaqallı F-35 təyyarələrdən ikisini aldı – ABŞ-ın şərti nədir?

Türkiyə qalmaqallı F-35 təyyarələrdən ikisini aldı – ABŞ-ın şərti nədir?

ABŞ Senatı ötən həftə keçirdiyi iclasında 2019-cu ilin hərbi büdcəsinin layihəsini təsdiqləmiş və burada Türkiyəni cəzalandıran bir bənd yer almışdı. Bəndə əsasən Rusiyadan S-400 sistemləri aldığına görə, Senat F-35 qırıcılarının Ankaraya satılmasına qadağa qoymuşdu.

İslaminSesi.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün ABŞ-ın Texas şəhərində yeni nəsil F-35 qırıcılarından ikisinin Türkiyəyə təhvil vermə mərasimi keçirilib.


Təyyarələrin təhvil vermə mərasimindən sonra müsahibə verən ABŞ senatoru Kriss Van Hollen F-35 təyyarələrinin Türkiyəyə satılmasını müsbət hesab edib, lakin Türkiyə qarşısında S-400 sistemlərindən imtina etməyi şərt olaraq irəli sürüb.


Qeyd edək ki, Rusiya və Türkiyə ötən il S-400 komplekslərinin alınması və birgə istehsalı haqda müqavilə imzalamışdılar.

Türkiyə rəsmiləri də ABŞ-ın F-35 təyyarələrini satmaqdan imtina etdiklərinə görə, Rusiyadan yeni nəsil hərbi təyyarələrin alınması ilə xəbərdarlıq etmişdilər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system