Türkiyə prezidenti: “Biz Menbici öz həqiqi sahibinə qaytaracağıq”

Oxundu: 166
Türkiyə prezidenti: “Biz Menbici öz həqiqi sahibinə qaytaracağıq”

“İndiyə qədər Türkiyə ilə Rusiya arasındakı siyasi anlaşmalarda heç bir ziddiyyət olmayıb və indi də yoxdur”

Xəbər verildiyi kimi, Suriya dövlət televiziyası, Suriya ordusunun bölmələrinin, Türkiyənin hücumuna qarşılıq vermək üçün şimala doğru hərəkətə keçdiyini, artıq Menbicə daxil olduğunu bildirib. Suriya Demokratik Qüvvələrinin bir səlahiyyətlisi isə ABŞ-ın kürdləri ortada buraxdığını, kürdlərinsə Suriya höküməti və ya Rusiya ilə danışıqlara gedəcəyini deyib.

 

Siyasi şərhçilərin fikrincə, belə bir vəziyyətin yaranması bölgədə arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu gün keçirdiyi mətbuat konfransında Suriya ordusunun şimala doğru irəliləməsinə münasibət bildirərək deyib ki, indiyə qədər Türkiyə ilə Rusiya arasındakı siyasi anlaşmalarda heç bir ziddiyyət olmayıb və indi də yoxdur:

 

“Bizm və Suriya ordusunun Menbicə doğru hərəkəti ilə bağlı heç bir problem yoxdur. Biz onu öz həqiqi sahibinə, yəni Suriyaya qaytaracağıq. Suriya ordusu gələndən sonra Menbici onlara təhvil verəcəyik”.

 

Qeyd edək ki, Suriyanın əşirət başçıları öz övladlarını Suriya Demokratik Qüvvələrinin tərkibindən geri çəkilərək, vahid Suriya bayrağı altında birləşməyə çağırıblar.

/İslaminSesi.info/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system