NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Türkiyə, Özbəkistan və Pakistanın birgə hərbi təlimləri başlanıb

Oxundu: 142
Türkiyə, Özbəkistan və Pakistanın birgə hərbi təlimləri başlanıb

Dünən Özbəkistanın Cizaq ərazisində yerləşən "Foriş" poliqonunda Türkiyə, Pakistan və Özbəkistanın "Birlik Qalxanı – 2019" adlı birgə xüsusi taktik təlimlərinin təntənəli açılış mərasimi keçirilib.

İslaminSesi-nin Dailysabah-a istinadən verdiyi xəbərə görə, burada Türkiyə, Pakistan və Özbəkistanın hərbi attaşeləri Mustafa Baloğlu və İmran Arif, Özbəkistan Müdafiə Nazirliyinin nümayəndələri və Özbəkistanın Müdafiə Nazirliyinin Mərkəzi hərbi dairəsinin qoşun komandanlığı iştirak edib.

 

Özbəkistan müdafiə nazirinin müavini Şöhrət İkramov qeyd edib ki, "Birlik Qalxanı – 2019" təlimləri Özbəkistan, Türkiyə və Pakistan arasında yaxın hərbi əməkdaşlığın göstəricisidir.

 

Baloğlu, öz növbəsində, xatırladıb ki, Türkiyə eyni zamanda üç terror təşkilatına - PKK, İŞİD və FETÖ - qarşı mübarizə aparan yeganə ölkədir.

 

O, həmçinin, ilk dəfə keçirilən birgə təlimlərin əhəmiyyətini vurğulayıb.

 

Arifin sözlərinə görə, Pakistanda qardaş Türkiyə və Özbəkistan Silahlı Qüvvələriylə birgə təlimlərin keçirilməsinə böyük əhəmiyyət veririlir.

 

Attaşe əlavə edib ki, Pakistan hərbçiləri terrorla mübarizə sahəsində türk və özbək həmkarlarının təcrübəsini öyrənmək niyyətindədirlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system