Türkiyə ordusu Suriya ərazisini bombalayır – VİDEO

Oxundu: 33
Türkiyə ordusu Suriya ərazisini bombalayır – VİDEO

ABŞ qüvvələri Türkiyə ilə razılıqdan sonra Suriyanın şimal sərhəd bölgələrini tərk edir.

 

İslaminSesi.info Suriyanın Sana agentliyinə istinadən xəbər verir ki, Türki ordu qüvvələri sərhəddi keçərək Suriya ərazisinə daxil olub.

 

Agentliyin məlumatına görə Türk ordusu Hasaka vilayətinin Rasu-Ayn şəhərini və Rəqqanın Tal-Abyad şəhərini, o cümlədən Qamışlı şəhərinin ətrafını atəşə tutub.

 

Mənbənin bildirdiyinə görə Türkiyə ordusu terrorçu və ABŞ dəstəkli Suriya Demokratik Qüvvələrinin mövqelərini vurmaqla yanaşı mülki əhalinin yaşadığı məntəqələri də vurub.

 

Agentliyin bildirdiyinə görə bir gün ərzində Türkiyə ordusunun hücumları nəticəsində Suriya ərazisində 8 mülki şəxs öldürülüb, 20 nəfər yaralanıb.

 

Xatırladaq ki, Türkiyə Müdafiə Nazirliyi də Suriya ərazisində qruplaşmalara aid 181 mövqein vurulduğu barədə bəyanat yayıb.

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system