NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 222
Türkiyə ordusu Afrin əməliyyatlarında asta addımlarla irəliləyir - Təmizlənən kənd və strateji nöqtələr

Türkiyə ordusu Afrin əməliyyatlarında asta addımlarla irəliləyir - Təmizlənən kənd və strateji nöqtələr

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal ərazilərini nəzarətdə saxlayan YPG kürd birləşmələrinə qarşı antiterror əməliyyatlarının 25-ci gününə daxil olub.

Türkiyə ordusu bu əməliyyatlarda müttəfiqi olan "Azad Suriya Ordusu" adlı silahlı Suriya müxalifəti yaraqlıları ilə əməkdaşlıq edir. 

 

Ölkənin Silahlı Qüvvələrinin mətbuat xidmətindən verilən məlumatda əməliyyat çaərçivəsində öldürülən terrorçuların ümumi sayının 1369 nəfər təşkil etdiyi, kürd terrorçularına məxsus 627 obyektin məhv edildiyi bildirilib. 

 

Terror təşkilatının üzvləri ilə döyüşlərdə Türkiyə ordusunun bu günə qədər 31 hərbçisinin şəhid olduğu, 143-nün yaralandığı qeyd edilib. Yaralılardan birindən başqa digərlərinin həyatı təhlükəsi yoxdur.

 

 

İslaminSesi.info Anadolu-ya istinadla xəbər verir ki, Türkiyə ordusu və əməliyyatlara dəstək verən ASO yaraqlıları hərəkatın başlanğıcından etibarən ABŞ dəstəkli YPG-SDQ kürd birləşmələrinin əlindəki Afrin rayonunun 5 mahalında 1 mahal mərkəzini, 33 kəndi, 3- kəndaltı ərazini, 14-ü strateji dağ və ya təpə olmaqla 51 mövqeni terrorçulardan təmizləyib.

 

Terrorçulardan təmizlənən yaşayış məntəqələri və strateji nöqtələr:

Bülbül mahalının mərkəzi, mahalın Şinqal, Zəhran, Bali Kənd, Hay Oğlu, Hiftar, Ursa, Bak, Ubasi, Əli Qar və Şeyx Huruz kəndləri; Huruz dağı, Darmık Dağı, Kurni Dağı, Havuz təpəsi, Kürdo, Şeyx Huruz kəndinin iki ətrafı; Racu mahalında Əyn Batman dağı, damanlı, Əli Bəkki, Bilal Kənd, Ömər Uşağı, Mamel Uşağı, Süleyman Xəlil, Sati Şağı, Alkana və Qırmızı kəndləri, 915-ci Təpə, 740-ci Təpə, 1027-ci Təpə; Şeyx Hədid mahalında Cukali Favkani və Orta Çaqqallı kəndləri, Şeyx Hədid təpəsi, Qara Mitlak kəndi və Hac Bilal kəndi; Cinderes mahalında Hacı İsgəndər, Deyr Ballut, Hammam, Nisriyyə, Dükkan, Eşkan, Məhəmmədiyyə kəndləri ilə Mersides, Nisriyyə və Amara Təpəsi; Şeran mahalında Bursəya dağı, Serincek, Kastel Cündo və Dikmetaş kəndləri ilə Sirqaya təpəsi".

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system