NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 349
Türkiyə Minbic haqda Amerikaya təklif verib: Bu şəhəri birgə idarə edək

Türkiyə Minbic haqda Amerikaya təklif verib: Bu şəhəri birgə idarə edək

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın ABŞ xarici işlər naziri Riks Tillersonla görüşünün yeni təfərrüatları məlum olub.

İslaminSesi.info RT-yə istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla ABŞ xarici işlər naziri Riks Tillersonun 3 saatlıq görüşünün yeni təfərrüatları məlum olub.

 

Məlumata görə Türkiyə tərəfi ABŞ tərəfinə təklif edib ki, Minbicdəki kürd bölmələri Fəratın şərqinə keçsinlər və Minbic şəhərində ABŞ və Türkiyə qüvvələri yerləşsin.

 

Reuters-in məlumatına görə, Türkiyə rəsmilərindən biri bəyan edib ki, ABŞ tərəfi bu təklifə son cavab verməsə də onu dəyərləndirib.

 

Bundan öncə Brusseldə NATO ölkələrinin toplantısı zamanı da Türkiyə və ABŞ müdafiə nazirlərinin bağlı qapılar arxasında gərgin danışıqları keçirilmişdi. Hazırda Türkiyə və ABŞ arasında YPG və PYD-in silahlandırılması və onlara hərbi dəstəklərin verilməsi ilə bağlı gərgin münasibətlər var. Türkiyə rəsmiləri Afrindən sonra növbəti hədəfin Minbic olduğunu bildirmişdilər.

 

Suriya höküməti, İran və Rusiya da ABŞ-ın bu addımlarını separatçılığa dəstək və Suriyanı bölmək cəhdləri olduğunu bəyan edirlər. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system