Türkiyə iqtisadiyyatını əvvəl etdiyim kimi yenidən məhv edərəm – Tramp

Oxundu: 90
Türkiyə iqtisadiyyatını əvvəl etdiyim kimi yenidən məhv edərəm – Tramp

ABŞ prezidendi Türkiyəni növbəti iqtisadi sanksiyalarla təhdid edib.

 

İslaminSesi.info xəbər verir ki, ABŞ prezidendi Donald Tramp, Türkiyə iqtisadiyyatını növbəti dəfə dağtmaq, məhv etməklə hədələyib. Tramp bu mövzuda ardıcıl iki hesab paylaşıb.

 

Tramp bu barədə özünün rəsmi Twitter səhifəsində yazıb. O öz hədəsini belə ifadə edib:

 

“Daha əvvəl də vurğuladığım kimi, Türkiyə fikirləşdiyim bir şeyi edərsə iqtisadiyyatını dağıdıb məhv edərəm (necəki əvvəldə etmişdim). Misilsiz böyük hikmətimə əsaslanaraq deyirəm ki, o, sərhədləri aşacaq. Onlar (Türklər) Avropa və başqaları ilə birlikdə İŞİD və ailə üzvlərini nəzarətdə saxlamalıdırlar.  Birləşmiş Ştatlar, hər kəsin gözlədiyindən çox şey edib. O cümlədən İŞİD üzərində qələbəni 100% təmin edib.”

 

"Artıq bölgədə digərləri üçün də vaxt gəldi! Bəziləri torpaqlarını qorumaqla çox böyük sərvətə sahibdirlər. Həqiqətən də ABŞ böyükdür (qüdrətlidir)."

 

Xatırladaq ki, ABŞ-ın Türkiyə ilə razılığına əsasən Amerikan qüvvələri Suriyanın Türkiyə ilə sərhəd bölgələrini tərk edir, "təhlükəsiz bölgəyə" Türkiyə nəzarət edəcək. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system