"Türkiyə ilə Suriya arasında müharibə başlayacaq" - Rus mətbuatı tarix açıqladı

Oxundu: 79

Rusiya mətbuatında Türkiyə ilə Suriya arasında müharibənin başlayacağı iddia edilib.

Rusiya mətbuatı 24-72 saat içərisində Türkiyənin Suriyaya müharibə elan edəcəyini iddia edib. Mərkəzi Asiyadakı müharibələr və digər hərbi mövzularda xəbər yayımlayan Rusiyanın "avia.pro" xəbər portalında yer alan məlumata görə, Türkiyə İdlibdə iri çaplı əməliyyata hazırlaşır. Bu səbəblə İdlibə 300-dən çox tank, top, zirehli hərbi texnikalar və 1000-dən çox əsgər gətirilib. Xəbərdə həmçinin bildirilir ki, hələlik Türkiyə Rusiya ilə bu barədə razılığa gələ bilməyib. Əməliyyatın başlaması üçün sadəcə Rusiyanın icazəsi lazımdır.

 

Qeyd edək ki, İdlibə çox sayda hərbi qüvvənin göndərildiyi Türkiyənin Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib./Yeniavaz.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system