HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 249
“Türkiyə Ermənistanla sərhədinə beton divar hörməyə hazırlaşır”

“Türkiyə Ermənistanla sərhədinə beton divar hörməyə hazırlaşır”

İslaminSesi Sputnik-ə istinadla xəbər verir ki, Türkiyə hökümətinin ölkənin Suriya ilə sərhədində hördürməyə davam etdirdiyi 3 metr yüksəkliyindəki divar Ermənistan və İran sərhədlərinə də hörüləcək.

Bunu Türkiyənin Star qəzetinin yazarı Ercan Baysal iddia edib. Onun sözlərinə görə beton divar ölkənin TOKİ mülk idarəsi tərəfindən həyata keçiriləcək.

 

Kulislərdən əldə edilən xəbərlərə görə, Türkiyənin Milli Müdafiə və Maliyyə Nazirliyi ölkənin, Ardahan, Kars və Iğdır kimi şəhərlərində də sərhəd divarı hörməyi planlaşdırır. Təhlükəsizlik qaynaqları isə Türkiyənin şərqinə beton divar hörülməsinin səbəbinin terror təşkilatı və qaçaqmalçılıqla mübarizə olduğunu bildirir.

 

Qeyd edək ki, TOKİ ilə Türkiyənin Milli Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi arasında 2016-cı ilin 5 May tarixində Təcili Sərhəd fiziki Təhlükəsizlik Sistemlərinin tikintisinə dair protokol imzalanıb. Sözügedən protokol çərçivəsində TOKİ tərəfindən 6 rayonun sərhədində 3 metr hündürlüyündə divar, yol və müxtəlif sayda müşahidə qülləsi, keçid qapısının inşça edilməsi planlaşdırılır.

 

Suriya sərhədində beton bloklardan ibarət olan təhlükəsizlik divarının inşaat işlərinin davam etdiyinə diqqət çəkən təhlükəsizlik mənbələri "Suriya sərhədində işlər bütün sürətilə davam edir. Bundan sonra üçün də planlaşdırmalar aparılır. Hər hansı bir dəyişiklik olmasa, cənub sərhədimiz bitdikdən sonra şərq sərhədində də işə başlanılacaq. Ardahan, Iğdır və Kars kimi sərhəd şəhərlərimizə də divar hörməyi planlaşdırırıq" - deyə, bildirblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system