Türkiyə Ən-Nusranın İsraillə sərhəd zolağından çıxarılmasına və Suriya Ordusunun burada yerləşməsinə etiraz edib
Oxundu: 303
16:07, 19.07.2018
Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq, “Ən-Nusra Cəbhəsi” üzvlərinin Suriyanın cənubudakı Qunaytaradan çıxarılaraq, onların İdlibə göndərilməsinə və Suriya Ordusunun Colanla sərhəd zolağında yerləşdirilməsinə kəskin etiraz edib.
İslaminSesi.info bu barədə əl-Məyadin telekanalına istinadla xəbər verir.
Qeyd edək ki, SANA agentliyinin məlumatına əsasən İsrailin işğal etdiyi Colan Yüksəkliklərinin sərhəd zolağında yerləşən Qunaytara əyalətindəki qruplaşmalar bölgəni tərk edərək, İdlibə getməyə razılıq veriblər. Razılığa əsasən qruplaşmalar Colan Yüksəklikləri ilə sərhəd zolağında yerləşən Qunaytaranın bütün bölgələrini Suriya Ordusuna təhvil verəcək. Bundan əlavə onlar ağır və orta çəkili silahlarını da təhvil verərək, İdlibə gedəcəklər.
Türkiyə XİN-in bəyanatında bu razılıq pislənilib.
“Gələcəkdə İdlib də Şərqi-Quta kimi, Qərbi-Quta və Homsun şimalı kimi təxliyə edilmə təhlükəsi ilə üzləşəcək” deyə Türkiyə XİN-i Ən-Nusra Cəbhəsinə dəstək əlaməti olaraq bəyanat verib.
Xatırladaq ki, Suriya Ordusu son iki ay ərzində İordaniya sərhədi zolağını və Dəra əyalətini nəzarətə götürüb. İndi isə növbə Qunaytara əyalətidir.
DİGƏR DÜNYA XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Rusiya “yer kürəsi ətrafında dövr edə bilən” yeni raketini təqdim edib –VİDEO 12:05, 21.02.2019
-
Türkiyədəki dəhşətli zəlzələnin görüntüləri yayıldı 11:55, 21.02.2019
-
Güclü külək və -95 dərəcə - Artıq Marsda havanı BURADAN onlayn izləyə bilərsiz 11:09, 21.02.2019
-
Banqladeşdə dəhşətli yanğın – 70 nəfər yanıb /Video/ 10:56, 21.02.2019
-
Proqnoz doğru çıxdı - Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ 10:04, 21.02.2019
-
Nigeriyada kütləvi qırğın: səkkiz kənddə 130-dan çox müsəlman öldürüldü 09:30, 21.02.2019
-
Venesuela dəniz sərhədini bağladı 23:01, 20.02.2019
-
Türkiyədə hərbi kazarmada partlayış: 5 yaralı 22:07, 20.02.2019
ŞƏRH YAZIN