NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 77
Türkiyə baş naziri şiə məzhəbinin bölgədə yayılmasını böyük təhlükə hesab edir

Türkiyə baş naziri şiə məzhəbinin bölgədə yayılmasını böyük təhlükə hesab edir

Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-a etdiyi səfər çərçivəsində CNN telekanalında GPS proqramına müsahibə verib.

 

Yıldırım proqramının aparıcısının ABŞ prezidenti Trampın İran barədə sərgilədiyi siyasətlə bağlı verdiyi suala cavab verərkən qeyd edib ki, Türkiyə ilə İran arasındakı əlaqələr yarım eradır ki, müəyyən fikir ayrılıqları olsa da münaqişəsiz davam edir. Lakin Binəli Yıldırım türkiyə kimi bir müsəlman ölkəsinin nümayəndəsi kimi məzhəb məsələsini qabartmamalı olduğu halda İslamla birbaşa vəya dolayısı ilə mübarizə aparan amerikada məzhəb söhbətindən, xüsusilə də şiə məzhəbindən söz açaraq şiəliyin yayılmasını bölgə üçün böyük təhlükə hesab etdiklərini qeyd edib. İslaminSesi.info Türkiyə hökümət başçısının verdiyi müsahibənin həmin hissəsini təqdim edir.

 

"İran və Türkiyə əsrlərdir ki, qonşudurlar. Son beş yüz il ərzində müharibəmir olmayıb. Türkiyə kimi mövqeyimiz çox aydındır. Deyirik ki, bölgə üçün hər-hansı dini məzhəbin yayılması bölgənin sabitliyi, təhlükəsizliyi, sülhü üçün yaxşı deyil. Beləliklə şiə məzhəbinin bölgədə yayılması bölgə üçün böyük təhlükədir."

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system