NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Türk ordusu terrorçuların İfrindən qaçmasına şərait yaradır

Oxundu: 182
Türk ordusu terrorçuların İfrindən qaçmasına şərait yaradır

Türkiyə ordusunun əsgərləri İfrin ərazisində olan minə yaxın “Təhriruş-şam” vəhhabi terrorçularının qaçmasına şərait yaradıb.

  

“İslaminSesi” alalam-ə istinadən xəbər verir ki, bu barədə Suriya yerli mənbələri məlumat verib. Mənbənin bildirdiyinə görə 1000-ə yaxın terrorçu İfrindən çıxaraq İdlib-İfrin arasında olan meşəlik əraziyə, şimal və şimal-qərbi Həma ərazilərinə, Şəhşəbu dağına tərəf qaçıblar, Türk əsgərləri də buna göz yumublar.

 

Bu iki terrorçu qruplaşma arasında (Təhriruş-şam və ən-Nusra)  fikir və düşüncə fərqinin olmasına baxmayaraq, qaçan “Təhriruş-şam” silahlıları “ən-Nusra” tərəfində döyüşmək üçün onlara tərəf qaçıblar, “ən-Nusra”nı dəstəkləyən Türk qüvvələri də buna göz yumub.

 

Həmçinin mənbənin bildirdiyinə görə Türkiyə ordusu Suriya ilə sərhəddə əməliyyatlar keçirir, bununla da irəliləməkdə olan Suriya ordusuna maneə yaradırlar.

 

 

Bununla yanaşı xatırladaq ki, Al-Masdar News-ın Həma əyalətindəki hərbi mənbəyə istinadən verdiyi bu gün ki xəbərə görə,  "Cəbhət ən-Nusra" əsasında yaradılan "Təhrir əş-Şam" terror qruplaşması strateji əhəmiyyətə malik olan İdris kəndini Suriya Ərəb Ordusunun əlindən alıb. 

 

Qruplaşmanın hədəfi Kafr-Nabuda yaşayış məntəqəsi olub. Məlumata əsasən, onlar buranı artıq bir neçə gündür uğursuz olaraq ələ keçirməyə çalışır.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system