NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Türk hərbçiləri "S-300" üçün Azərbaycana gəlir.

Oxundu: 51
Türk hərbçiləri

Onlar 2020-ci ilin yanvarında Ankaraya geri dönəcəklər.

Türkiyə hərbçiləri "S-400" zenit-raket kompleksini almazdan öncə Azərbaycanda müvafiq kursu keçəcəklər.

 

"İslaminSesi.info" Sputnik Azərbaycan-a  istinadən xəbər verir ki, belə bir təklif Azərbaycan tərəfindən gəlib.

 

S-400 Triumf

 

Belə ki, türk hərbçilər Azərbaycanda "S-300" zenit-raket kompleksləri ilə tanış olacaqlar. Bundan sonra onlar Rusiyaya gedəcək və 2020-ci ilin yanvarında Ankaraya geri dönəcəklər.

 

Artıq təlimlərdə iştirak edəcək 100 hərbçinin seçilməsi işlərinə başlanılıb.

 

Qeyd edək ki, martın 6-ı ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar, Rusiyadan "S-400" alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

 

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

 

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - amerikalı sözçü vurğulayıb.

 

Palladino qeyd edib ki, "Sanksiyalar vasitəsilə ABŞ düşmənlərinə müqavimət haqqında" (CAATSA) qanunu çərçivəsində "S-400" alan dövlət və ya özəl bütün qurum və şəxslərin potensial sanksiyalara məruz qala biləcəyi bəyan olunub.

 

Qeyd edək ki, CAATSA qanunu Rusiyanın müdafiə və kəşfiyyatı ilə əlaqəli olan qurum və təşkilatlarla əməkdaşlıq edən üçüncü ölkə və şirkətlərə də sanksiya tətbiq olunmasını nəzərdə tutur. Dünən ABŞ-ın Avropa Qüvvələri (EUCOM) və NATO Müttəfiq Qüvvələri komandanı, ordu generalı Kortis M.Scaparrotti də deyib ki, Türkiyə "S-400" alarsa, "F-35" qırıcıları bu ölkəyə verilməməlidir.



Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system