NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Tunislilər İsrail yük gəmisinin sahilə yanaşmasına icazə vermədilər

Oxundu: 173
Tunislilər İsrail yük gəmisinin sahilə yanaşmasına icazə vermədilər

Tunislilər İsrail məhsullarını daşıyan gəminin limana yan almasına imkan verməyiblər.

İslaminSesi.info - İRNA-nın məlumatına görə Tunisin Məşğulluq Sindikatı bu həftə cümə günü bir bəyanat yayaraq, bildirib:

 İsrail rejimi ilə əlaqələrin normallaşdırılması ilə mübarizənin zəruriliyi və vacibliyini nəzərə alaraq, İsrail istehsalı olan məhsulları gətirmiş gəminin Sfaks limanına yan almasına icazə verilməyib.

 

Bu bəyanatda həmçinin deyilir: Honq Konq bayrağı altında üzən bu gəmi öz yükünü işğal edilmiş Fələstindən götürüb. Bu gəmi bu gün səhər yükünü Tunisdə boşaltmalı idi. Amma, bunun qarşısı alınıb.

 

Tunisin Məşğulluq Sindikatı həmçinin, bu kimi gəmilərin Tunisin sahil sularına daxil olmasına icazənin verilməsinin mənfi nəticələri haqda xəbərdarlıq edərək, İsrail rejimi ilə əlaqələrin normallaşdırılmasını qadağan edən qanun layihəsinin hazırlanmasının sürətləndirilməsini istəyib.

 

Qeyd edək ki,Tunisin Məşğulluq Sindikatı qeyri-hökumət təşkilatdır.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system