Tunis höküməti ölkədən qaçan sabiq prezidentin vətəndə dəfninə icazə verdi

Oxundu: 67
Tunis höküməti ölkədən qaçan sabiq prezidentin vətəndə dəfninə icazə verdi

Tunis höküməti ölkədən qaçan sabiq prezidentin vətəndə dəfninə icazə verdi

 

 

İslaminSesi.info xəbər verir ki, Tunis hökumətinə aid bir mənbənin mediaya verdiyi məlumata görə ölkədən qaçmış sabiq presidenti Zeynul Abidin bin Əlinin nəşinin ölkəyə gətirilməsinə razılıq bildirib.

 

Hökümət mənbələrinin məlumatına görə əgər sabiq prezidentin ailəsi bu barədə müraciət edərsə tələb qəbul olunacaq.

 

Qeyd edək ki, yaxınlarının mediyaya verdiyi məlumata görə sabiq president Məkkədə dəfn olunmasını vəsiyyət edib.

 

Xatırladaq ki, Zeynul Abidin bin Əli 1987-2011 –ci illərdə Tunisə rəhbərlik edib. 2011-ci çevrilişindən sonar yanvarın 15-də Səudiyyə Ərəbistanına qaçıb. Sonradan onun insult keçirdiyi və komaya düşdüyü haqda xəbərlər yayılmışdı. Tunis məhkəməsi sabiq prezidenti qəttlərdə və dövlət malını talamaqda ittiham edərək 50 il qiyabi həbsə məhkum edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system