NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Tubzon"da məhbuslara verilən tükürpədici işgəncələr - Dəhşətli məhbus ifadələri

Oxundu: 3825

“Düz bağırsağıma məftil soxub cərəyan buraxdılar. O qədər ağrılı idi ki, sanki bütün dişlərimi çəkirdilər. Onlar nəsə qışqırırdılar, amma mən heç nə anlamırdım. Sonra məni arxasıüstə çevirdilər. Biri sinəmin üstündə oturdu, məftili cinsiyyət orqanıma birləşdirdi. Ağrının dəhşətindən var gücümlə bağırırdım. Musiqiyə güclü səs versələr də, bağırtım ətrafa yayılırdı”.

Rusiyanın Omsk şəhərində yerləşən, vərəmli məhbusların saxlanılması üçün nəzərdə tutulan müalicə-islah əmək düşərgəsində məhbuslara verilən sistemli və tükürpədici işgəncələri təfərrüatları üzə çıxıb. Virtualaz.org xəbər verir ki, bu barədə məhbusların danışdıqlarına istinadən “MBX Media” portalı və digər Rusiya KİV-ləri yazır.

 

Bildirilir ki, dustaqlar əvvəlcə cəzaçəkmə müəssisəsində onlara verilən qeyri-insani işgəncə faktları barədə vəkil Mariya Eysmonta məlumat veriblər. Məhkumların dediklərindən belə məlum olub ki, yerli mətbuatda baş verənlərlə bağlı bir sıra məlumatlar yer almasına baxmayaraq Rusiyada cəzaların icrasına nəzarət üzrə Federal Xidmətin (FSİN) əməkdaşları tərəfindən onlra olunan vəhşiliklər bu günə kimi də davam etməkdədir.

 

10 saylı Cəzaçəkmə Müəssisəsinin keşmiş məhkumlarından biri saxlanma şəraiti ilə bağlı şikayət etdikdən sonra on nəfər dustaqla bərabər 7 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüklərini və orada uzun müddət işgəncəyə məruz qaldıqlarını bildirib. Məhkum 2013-cü ildə həbs olunduğunu, həmin vaxtdan 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyini vurğulayıb. Saxlanma şəraitindən, keyfiyyətsiz yeməklərdən, kamerda onlarla birlikdə açıq formalı vərəmli xəstələrin saxlanılmasından narazı qalan məhkumlar 2015-ci ilin avqustunda baş prokurorluğa şikayət məktubu göndəriblər. Məktubu dustaqlardan biri öz həyat yoldaşının telefonuna göndərib ki, onu lazımi instansiyalara çatdıra bilsin.

 

Məhkumların baş prokurorluğa müraciətindən sonra cəzaçəkmə müəssinə gələn prokuror onlardan şikayətlərini geri götürmək istəyib-istəmədiklərini soruşub. Dustaqlar isə şikayəti geri görüməkdən imtina ediblər. Belə olan təqdirdə sentyabrın 1-də səhər saatlarında prokurorluğa şikayət məktubu göndərən 11 dustaq 7 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Ora çatar-çatmaz məhbuslar ağlasığmaz işgəncələrə məruz qalıblar.

 

Baş verənlər haqda vəkil Mariya Eysmonta danışan məhkumlardan biri həmin günü məhz bu cür xatırlayır: “Birdən-birə döyməyə başladılar, boynumdan, böyrəklərimdən vururdular. Əyilmiş vəziyyətdə döşəmədə gəzməyi, başımızı yuxarı qaldırmamağı, yalnız yerə baxmağı əmr edirdilər. Sonra soyunmağa məcbur etdilər. Bir gün axşama kimi bizi çılpaq vəziyyətdə ac-susuz saxladılar, ayaqyoluna getməyə qoymadılar. Sonradan bir-bir başqa otağa apardılar. Badalaq verib məni yerə yıxdılar, üzüqoylu döşəməyə sərildim. Heç kimi görməyim deyə mələfə ilə gözlərimi bağlamışdılar. Mənə yaxınlaşıb “səni zorlamaq lazımdır, şikayət məktubu yazmağı bu qədər çoxmu sevirsən?” dedilər”.

 

Məhkumun sözlərinə görə, bundan sonra ona dəhşətli işgəncələr verilib: “Düz bağırsağıma məftil soxub cərəyan buraxdılar. O qədər ağrılı idi ki, sanki bütün dişlərimi çəkirdilər. Onlar nəsə qışqırırdılar, amma mən heç nə anlamırdım. Sonra məni arxasıüstə çevirdilər. Biri sinəmin üstündə oturdu, məftili cinsiyyət orqanıma birləşdirdi. Ağrının dəhşətindən var gücümlə bağırırdım. Musiqiyə güclü səs versələr də, bağırtım ətrafa yayılırdı”.

 

Qeyri-insani davranışlarla üzləşən məhkum ona işgəncə verənlərin birini - Şodibek Maxmadbekovu üzdən tanıdığını deyir: “Dustaqlara işgəncə verənlər arasında həmçinin Bəxtiyar Sabircanoviç, Vasiliy Trofimov da vardı. 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbəri Aleksandr Sısenkonun isə bütün bu baş verənlərdən açıq-aydın xəbərdar idi”.

 

Məhbuslara verilən fiziki, mənəvi və psixoloji işgəncələr 2015-ci ilin sentyabrın 1-dən dekabr ayına kimi davam edib. Onlar ələ salınıb, qadın adları ilə çağırılıb, günlərlə kameranın ortasında döşəmədə rənglənən kvadratda ayaqüstə dayanmağa, yalnız tavana baxmağa məcbur ediliblər, mütəmadi döyülüblər.

"Şodibek Maxmadbekov bizi qadın adları ilə çağırırdı. Deyirdi ki, siz kimsiniz axı? Sizi silmək üç saniyəlikdir. Heç kəs sizin arxanızca gəlməyəcək. Sistemə qarşı mübarizə aparmağa hazırlaşırdınız? Sistem özü sizi siləcək" – məhbus əlavə edib.

 

Dustaq vurğulayır ki, ona cərəyanla işgəncə verildikdən sonra həftələrlə qan ifraz edib, psixikasında problemlər yaranıb.

 

Nikalay adlı digər məhbus danışır ki, Omsk koloniyalarında məhbuslar daim döyülürlər, alçaldılırlar:”Amma dustaqlara cərəyan vermək, gün boyunca qandalda asılı vəziyyətdə saxlamaq dərəcəsinə çatmamışdılar. Məhkumlarla bu cür qəddarcasına rəftara səbəb baş prokurorluğa ünvanlanmış şikayət məktubu olub. Türmənin əməkdaşları bizi insan hesab etmirlər, çünki dustaqlara olunan işgəncələrə görə özlərinin cəzasız qalacaqlarına əmindilər. Dustaqlara deyirlər ki, hələ bizə təşəkkür edin, sağ-salamatsınız, sizi burada gündə üç dəfə yedirirlər. Sizləri yedirmək yox, gündə üç dəfə döymək lazımdır, heç birinizi cəmiyyətə buraxmaq olmaz”.

 

Tükürpədici vəhşiliklərlə üzləşən 11 dustağın hamısı başlarına gətirilənləri vəkil Mariya Eysmonta danışıblar. Onların arasında işgəncələrə məruz qalan, sağlamlığını itirən, səhhəti ilə bağlı azadlığa buraxılan, hazırda xəstəxanada müalicə olunan Dmitriy Kozyukov da var. D.Kozyukova edilən vəhşiliklərlə bağlı vəkil lazımi intansiyalara şikayət ünvanlayıb. İş üzrə araşdırmalar aparılır.

 

Vəkil Eysmont aydınlaşdırıb ki, 7 saylı cəzaçəkmə müəssisəsində məhbuslara 2015 ilin sentyabrından dekabr ayına kimi işgəncə verilib. Bundan sonra onları yenidən 10 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarıblar.

 

Məhbuslar baş prokurorluğa ünvanladıqları şikayətdən tamamilə imtina ediblər. Heç bir şikayətləri və tələbləri olmamasını bildiriblər. Həmin məhbusların bəziləri hazırda cəza çəkir, bir qismi isə artıq azadlığa buraxılıb…

 

Virtualaz.org

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system