Trampın yalanı üzə çıxır - Ayn Əl-Əsəd bzasında 11 ABŞ əsgərinin yaralanması təsdiqləndi

Oxundu: 183
Trampın yalanı üzə çıxır - Ayn Əl-Əsəd bzasında 11 ABŞ əsgərinin yaralanması təsdiqləndi

ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İranın İraqdakı Ayn Əl-Əsəd bazasında təşkil etdiyi raket hücumunda sarsıntı əlamətləri olan 11 əsgərin Almaniya və Küveytdəki hərbi sağlamlıq mərkəzlərinə göndərildiyini açıqlayıb.

İslaminSesi France24-ə istinadən xəbər verir ki, CENTCOM-un sözçüsü polkovnik Bill Urban açıqlamasında bunları qeyd edib: “Yanvarın 8-də İranın Əl-Əsəd bazasına etdiyi hücumda heç bir ABŞ əsgəri həlak olmasa da, bir neçə əsgər partlayış nəticəsində yaranan sarsıntı əlamətləri ilə müalicə alır”.

 

Prosedur olaraq bir partlayış bölgəsində olan hərbi qulluqçuların beyin sarsıntısı ilə əlaqədar olaraq müayinədən keçirildiyini və uyğun görüldüyündə bir xəstəxanaya göndərildiyini bidirən Urban, belə danışıb: “Tədbir məqsədli olaraq hücumdan sonrakı günlərdə bəzi əsgərlər yoxlanması üçün Əl-Əsəd bazasından Almaniyadakı Landstuhl Region xəstəxanasına, bəzilərinin isə Küveytdəki Kamp Arifjan müəssisəsinə göndərildi”.


Əsgərlərin müalicələrindən sonra İraqa dönəcəyini bildirən Urban, belə deyib: “İndiyə qədər 8 əsgər Landstuhla, 3 əsgər isə Arifjana göndərilib./Deyerler.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system