NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Trampın şəxsi həkimi onun sağlamlığı haqda danışıb

Oxundu: 147
Trampın şəxsi həkimi onun sağlamlığı haqda danışıb

ABŞ prezidenti Donald Trampın şəxsi həkimi Şon Konli onun sağlamlığı haqda danışıb.

 

Həkimin memorandumunda deyildiyinə görə, Tramp dördsaatlıq tibbi yoxlanışdan keçib və yaxşı formada olduğu təsdiqlənib.

 

"Təxminən dörd saat ərzində mən 11 müxtəlif sertifikatlaşdırılmış mütəxəssisdən ibarət komissiyayla birlikdə keçirdiyim müayinəyə rəhbərlik etmişəm. O (Tramp), narkoz və ya anesteziya tələb edən heç bir prosedurdan keçməyib".

 

İslaminSesi-nin RT-yə istinadən verdiyi xəbərə görə, həkimin bu sözləri NBC telekanalı tərəfindən dərc edilmiş sənəddə yazılıb.

 

"Arayış və tövsiyələr hazırlanır, lakin hələlik mən ABŞ prezidentinin sağlamlığının çox yaxşı olduğunu elan etməyə şadam və ehtimal edirəm ki, o bundan sonra da öz prezidentliyi boyunca sağlam qalacaq", - deyə Konli bildirib.

 

Xatırladaq ki, 2016-cı ildə ABŞ prezident seçkilərindən öncə Trampın keçmiş həkimi Harold Bornsteyn namizədin "əla fiziki formada" olduğunu və " nə tütün, nə də alkoqol istifadə edtmədiyini" demişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system