DÜNYA

Oxundu: 39
Trampın Qüdslə bağlı təhdidinə müsəlman ölkələrindən xəbərdarlıq mesajları gəlməkdədir

Trampın Qüdslə bağlı təhdidinə müsəlman ölkələrindən xəbərdarlıq mesajları gəlməkdədir

Tunis, İraq, İordaniya, İran, Suriya, Mərakeş, Türkiyə və sair müsəlman ölkələri Trampın Qüdslə bağlı təhdidinə görə xəbərdarlıq ediblər.

İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, Fələstin Muxtariyyətinin mətbuat katibliyindən bildrilib ki, Mahmud Abbas Rusiya, Fransa və İordaniya başçıları və eləcə də Roma Papası ilə telefon təmasında olub və onları ABŞ-ın bu addımına mane olmağa çağırıb.

 

Mərakeş XİN bəyanat yayaraq, bildirib ki ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi bölgədə gərginliyi və qarşıdurmanı daha da artıracaq.

 

İraq baş naziri Heydər əl-Abadi rəsmi twitter səhifəsində bu işin sonu haqda ciddi xəbərdarlıq edib.

 

Ötən gün İslam Əməkdaşlıq Təşkilatı və hətta ABŞ-la müttəfiq ölən körfəz ərəb ölkələrinin Körfəz Əməkdaşlıq Şurası da bu addım haqda xəbərdarlıq ediblər.

 

Bir çox ərəb və müsəlman ölkələrinin XİN bəyanat yayaraq ABŞ hökumətini bu işdən çəkinməyə çağırıblar.

 

Ağ Ev bundan öncə elan edib ki, D.Tramp çərşənbə günü Qüdsün İsrailin paytaxtı olması haqda çıxış edəcək.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system