ARAŞDIRMA

Oxundu: 135
Trampın

Trampın "dəli" Qüds qərarı nə ilə nəticələnəcək? - TƏHLİL

İslaminSesi bildirir ki, ABŞ prezidenti nəhayət Təl-Əvivdəki səfirliyini Qüdsə gətirəcəyini açıqladı.

Əslində Tramp sələflərinin həyata keçirməyə ürək etmədiklərinə bir növ imza atmış oldu. Konqresin 1995-ci ildə verdiyi bu qərar illərdi təxirə salınırdı. Barak Obama hələ 2008-ci ildə yəhudi təşkilatı olan AIPAC-da çıxış edərkən “Qüds İsrailin paytaxtı olaraq qalmalıdır, amma parçalanmadan” demişdir. Prezidentlərin illərdir konqresin bu qərarını təsdiqləmələrinin səbəbi Yaxın Şərqdə sülhü pis vəziyyətə salmamaq məqsədi güdürdü. Hər halda onlar buna özləri belə açıqlama verirdilər. Bəs indi bu addım nə ilə nəticələn bilər?

NETANYAHU TRUMP

 

Trampın bu addımı atmasında əslində məqsədi “öncə ABŞ” şüarının fonunda fərqli bir liderlik pafosudur. Lakin öz Müdafiə və Xarici İşlər Nazirləri ilə ziddiyətdə olduğu bu qərar pafosdan daha çox dəlililik kimi qiymətləndirilib. İsrailə 1967-ci il işğalından bəri geri çəkilmək çağırışı edən BMT-də daxil olmaqla çoxlarının bu qərara müqavimət göstərəcəyi şübhəsizdir. Trampın bu addımı BMT-nin dəstəklədiyi iki dövlətli həll yolunun tamamilə sıradan çıxarılması, bütün dünyaya səpələnmiş fələstinli qaçıqınların ümidlərinin sonu, hansısa bir həll yolu istiqamətində Şərqi Qüdsün paytaxt edilməmə imkanın yox edilməsi və orada yaşayan, vətəndaşlığı olmayan 300 min fələstinlinin taleyinin naməlumluğa itələnməsi, Qərbi İordan çayı boyunca salınan hazırda 60%-ə çatan qeyri-qanuni məskənlərin qanuniləşdirilməsi , “təhlükəsizlik” adı ilə inşa edilən apateid rejimin davam etməsi, bu cür ümidsizlik və çarəsizlik zamanında Həmasın dediyi kimi cəhənnəmin qapılarının açılması, Fələstin lideri Abbasın dediyi kimi radikal təşkilatlara zəmin hazırlamaq və geniş coğrafiyalarda zorakılığa təşviqin başlanğıcı ola bilər.

Buradan məntiqi olaraq belə bir sual meydana çıxır: Tramp bu addımı niyə atdı?

 

1. 2016-cı ildə “Qüdsü İsrailin paytaxtı edəcəm” vədi verən Trampın bu vədə əməl etməsi kimi sadə açıqlama inandırıcı deyil. Çünki bu vədi verən C. Buş və B. Klinton belə bir vədi verdiklərinə, sonra isə əməl etmədiklərinə elə də pis vəziyyətə düşmədilər.

 

2. Seçki kampaniyası çərçivəsində Rusiya rəsmiləri ilə qeyri-adi münasibətləri ucbatından başı bəlada olan Tramp bu qərarla Konqresdə olanların könlünü almaq və buludları dağıtmaq istəyir. Qeyd edək ki, Nümayəndələr Palatasında bu qərardan bir gün əvvəl Trampın prezdentlikdən məhrum edilməsi layihəsi səsə qoyuldu və Tramp 384 səslə canını qurtara bildi. Lakin bu izahat da bu addımı atmaq üçün yetərli deyil.

greenblatt ve kushner

Jared Kuşner və xüsusi nümayəndəsi Jason Grinbalt 


3. Tramp kürəkəni Jared Kuşner və xüsusi nümayəndəsi Jason Grinbalt ilə uzun müddətdir Yaxın Şərq üçün bir plan hazırlayırlar. Bu planın müzakirəsindən öncə Qüds məsələsini həll etmək, ərəbləri çıxılmaz vəziyyətə salmaq və ondan sonra hər şeyi İsrail rejiminin xeyrinə həll etmək üçün istədikləri atmosferi yaratmaqdır. İsrail ilə xüsusi bağları olan Küşnerin və Grinbaltın Trampı nə cür istiqamətləndirdikləri naməlumdur. Lakin bu iki nəfərin Yaxın Şərq kimi dolaşıq bir məkanda vəziyyətə hakim ola bilmədikləri artıq məlumdur. Onların hansısa bir işi qura biləcəklərinə inanc zəifdir.

ABBAS SUUDI KRAL

4. Bəs görəsən onda fələstinlilərin ümumiyyətlə sülh masasından uzaqlaşdırılmasımı nəzərdə tutulub? Kuşner və Grinbaltın orada nə hoqqa çıxarmaq istədiklərindən ABŞ-ın xarici işlər nazirinin belə xəbəri yoxdursa, nəsə fikir söyləmək çətindir.

 

Yeni müqavimət dalğası yarana bilərmi?

Bu qərardan sonra yeni dalğa gələcək ya gəlməyəcək bunu demək çətindir. Amma bu qərar fonunda İslam ölkələrində məzhəb gərginliyi pik həddədir. Qəzzanı tək əlinə alan Həmas və Qərbi İordaniyanı əlinə alan Əl Fəth arasındakı məcburu barışıq və Fələstin hökumətinin ortalıqda kötük və İsrailin özünə ərəb dünyasında yeni mütəffiqlər tapdığı zamanda gəldi. Dünən Fələstin məsələsində bir olan Ərəb dünyası indi hamısı öz dərdləri ilə məşğuldur. 2011-dən Suriya yanır, NATO müdaxiləsindən sonra Liviya bitdi, İraq Amerika işğalından bəri cəhənnəmdədir, Sudan bölündü, Ərəb baharının başlandığı yerlər: Tunis və Misir hələ də özünü doğrulda bilməyib.

 

Bir çox yerlərdə sünni-şiə toqquşması pik həddədir. Yəmən İran tərəfdarı olan inqilabçıları təmizləmə adı altında iki ildir Səudiyyənin bombardmanı altındadır. İrana qarşı sünni cəbhəsi yaratmaq istəyəndə isə Müsəlman qardaşlarının dəstəkçisi Qətərlə təpə-təpəyə qoydular. Fələstinin hamisi və Müsəlman qardaşlarının böyük qardaşı rolundan olan Türkiyə də bu coğrafiyada bir çoxları ilə problemli hala gəldi. İrana qarşı düşmənçilik Bəhreyni, Səudiyyəni və BƏƏ-ni İsraillə eyni müstəvidə birləşdirdi. İndi bu vəziyyətdə Fələstinə dəstək gələrmi? Bunu təsəvvür etmək çətindir...

 

Hətta belə bir iddiada da vardır ki, Səudiyyə rejimində ipləri ələ alan Salman Birləşmiş Ərəb Əmirliyinin istiqamətlənməsi barədə İsraillə anlaşıb. Kuşnerlə görüşdən sonra isə Abbasa şərtlər oxunub qəbul etməsə isə onun yerinə başqasının gətirilə biləcəyi mesajı da verilib. Körfəzdə tanınmış bir çox yazar və jurnalistin Fələstini yük və fələstinli qaçqınları baş bəlası kimi görən yazılarının artması da bununla bağlıdır. Onlar hey Qüdsü və bu davanı Allaha həvalə edirlər. Müqavimət cəbhəsində vəziyyət elə də yaxşı deyil. Şam-Tehran dairəsindən çıxaraq Türkiyə-Qətər cəbhəsində yer alan Həmas da ən pis dövrünü yaşayır. Livandakı Hizbullah da ancaq Suriya ilə məşğuldur və bu münaqişənin mümkün qədər Livana sıçramaması üçün bütün cəhdləri edir.

 

Fələstinli xristianlar da bu məsələyə etiraz ediblər. İki patrik və 13 yepiskop Trampa məktub yazaraq münaqişəni həll etmədən Qüdsü İsrail rejiminə verməməyi çağırsa da Tramp onları dinləmədi.

 

Bu mənzərədən tamamilə bəlli olur ki, Tramp cəsarətini İslam aləmindəki bu toqquşmalardan alır.
Amma Tramp hələ başsız və təşkilatsız bu gənclərin hələ nələr edə biləcəyini hesablamayıb. Ən çətin nüans isə budur./bbc

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system