Trampın Amerikası daha bir mühüm beynəlxalq sazişdən çıxmağa hazırlaşır

Oxundu: 99
Trampın Amerikası daha bir mühüm beynəlxalq sazişdən çıxmağa hazırlaşır

ABŞ prezidentinin administrasiyası beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün mühüm sazişlərdən biri sayılan “Açıq səma üzrə müqavilə”dən (ASM) çıxmağa hazırlaşır.

İslaminSesi xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Konqresin Nümayəndələr palatasının xarici əlaqələr üzrə komitəsinin sədri Eliiot Engel məlumat verib.

“Mən Ağ Evin “Açıq səma üzrə müqavilə”dən çıxmaq imkanlarını gözdən keçirdiyi barədə bizə gələn informasiyalardan olduqca təlaşlıyam və Sizi belə bir ağılsız addımı atmamağa çağırıram” - deyə konqresmen ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O`Brayenə göndərdiyi məktubda yazıb.

E.Engelin sözlərinə görə, 2002-ci ildə qüvvəyə minən həmin beynəlxalq akt onu imzalayan ölkələr üzərinə hərbi şəffaflığa riayət etmək öhdəliyini qoyur. Konqresmenin fikrincə, ABŞ-ın bu müqavilədən çıxması yalnız Rusiyaya sərf edir, habelə Birləşmiş Ştatların müttəfiqlərinə, tərəfdaşlarına və ölkənin təhlükəsizlik sahəsindəki maraqlarına ağır zərbə vurur. 

“Bu saziş ABŞ-a və onun müttəfiqlərinə Rusiya hərbçilərinin dislokasiyasını izləmək imkanı verir. Müşahidə uçuşları isə Rusiyanın Ukraynadakı fəaliyyəti barədə informasiya toplamaq şəraitini yaradır”, - deyə o, qeyd edib.

 

Amerikalı qanunvericinin rəyinə əsasən, indi belə bir mühüm aktdan imitna olunması transatlantik ittifaqın bölünməsinə və ABŞ-ın Avropanın təhlükəsizliyinin təmin edilməsi yolunda güvənli partnyor kimi etibarını itirməsinə gətirib çıxaracaq. 

 

Konqresmen E. Elliot məsələnin açıq prosesdə, Konqreslə məsləhətləşmələr aparılmaqla və sazişin digər iştirakçılarına əsl niyyətin nə olduğunu başa salınması ilə müzakirə olunmasını tələb edib.

 

Müqavilənin özünə gəlincə, “Açıq səma üzrə saziş” 1992-ci ilin marıtn 24-də Helsinkidə ATƏT-in 23 dövlətinin iştirakı ilə imzlanıb. Bu akt 1999-cu ildə bağlanan “Avropada adi silahlar haqqında müqavilə” ilə birlikdə transatlantik məkanda təhlükəsizliyin təmin olunması yolunda təməl daşlardan sayılır.

 

Sazişin imzalanmasında əsas məqsəd açıq səma rejimini yaratmaqla hərbi fəaliyyətin açıqlığının, habelə beynəlxalq təhlükəsizliyin qarşılıqlı güvən və sabitlik tədbirlərinin gerçəkləşdirilməsi ilə təmin edilməsindən ibarətdir.

 

Praktiki planda ASM iştirakçı dövlətlərə əvvəlcədən razılaşdırılmış şərtlər və kvotalar əsasında bir-birlərinin hərbi fəaliyyətlərini izləmək üçün müşahidə uçuşlarını həyata keçirməyə imkan verir. Bundan  başqa bu akt uçuşların keçrilməsi, nəzarət mexanizmlərinin qurulması, təyyarələrə yönəlik standarların müəyyənləşdirilməsi kimi məsələləri nizamlayır.

/Musavat.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system