NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Trampa böyük şok: Konqresə keçirilən seçkilərin nəticələri açıqlandı

Oxundu: 85
Trampa böyük şok: Konqresə keçirilən seçkilərin nəticələri açıqlandı

ABŞ-da Konqresə keçirilən seçkilərin qeyri-rəsmi nəticələri açıqlanıb.

 

İslaminSesi “Haber7.com” a istinadən xəbər verir ki, rəsmi olmayan nəticələrə görə, Demokratlar Nümayəndələr palatasında üstünlüyü Respublikaçılardan alıblar.

 

ABŞ mətbuatının əldə etdiyi qeyri-rəsmi məlumatlara görə, 100 yeri olan Senatda, Respublikaçılar 50 yerə sahibləniblər.

 

Demokratlar isə  6 əyalətdə daha çox səs toplayaraq qalib olublar.  Eyni zamanda 4 ştatda yenə də Demokratların namizədi qələbə qazanıb.  

 

Beləliklə Demokratların Nümayəndələr palatasında 178 yerə sahiblənməsi qarşılığında,  Respublikaçılar 168 yer  əldə ediblər.   

 

 Qeyd edək ki, seçkilərdən əvvəl Senatda Respublikaçıların 51 senatoruna qarşı Demokratların 49 senatoru  yer alırdı.

Bu arada Senatda Respublikaçıların üstünlüyü əldən verməməsini ABŞ prezidenti Donald Tramp “Böyük Uğur” adlandırıb. 

 

Nümayəndələr palatasında Demokratların üstün olmasına baxmayaraq Trampın belə bir ifadə işlətməsi maraq doğurub.

 

Məlumat üçün bildirək ki, Tramp prezident seçilməzdən öncə ölkənin 3 güc orqanından biri olan Konqresdə üstünlük tam olaraq Respublikaçıların əlində idi.

 

Lakin üstünlüyün  Demokratların əlinə keçəcəyi təqdirdə,  Konqresin təsdiq etməsi lazım olan məsələlərdə, Trampın hərəkət meydanı daralacaq.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system