Tramp Twitterdə farsca paylaşım etdi – Vecimə deyil...

Oxundu: 267
Tramp Twitterdə farsca paylaşım etdi – Vecimə deyil...

ABŞ prezinenti Donald Tramp rəsmi Twitter hesabında farsca paylaşım edib.

 

İslaminSesi xəbər verir ki, Donald Tramp, rəsmi İranın ABŞ-la danışıqlara getməsini əhəmiyyətsiz hesab etdiyini, bunun özü üçün heç bir əhəmiyyət kəsb etmədiyini yazıb:

 

“Bu gün Milli Təhlükəsizlik Müşaviri, İrandakı sanksiyalar və etirazların onları boğduğunu və danışıqlar aparmağa məcbur edəcəyini düşündüyünü bildirdi.

Əslində mənin üçün əhəmiyyətli deyil onlar müzakirə aparacaqlar, ya yox. Bu tamamilə onlara aid olan bir məsələdir. Lakin mühüm olan odur ki, onlar nüvə silahına sahib olmasınlar. Həmçinin etirazçıları öldürməsinlər...”

 

Xatırladaq ki, Tramp, daha əvvəllər də İran iqtidarı əleyhinə paylaşımlar edərək iranlıları qəhrəman adlandır, əhalini hökümətə qarşı təşviq edən fikirlər səsləndirmişdi.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system