Tramp Şimali Suriyada 7 min İŞİD terrorçusunu Türkiyəyə “əmanət bomba” kimi qoyub gedir…

Oxundu: 93
Tramp Şimali Suriyada 7 min İŞİD terrorçusunu Türkiyəyə “əmanət bomba” kimi qoyub gedir…

ABŞ prezidenti Donald Tramp Türkiyənin gözlənilən Fərat əməliyyatı ərəfəsində yeni açıqlama yayıb.

 

Tramp "Twitter Moments" adlı hesabında Türkiyənin Suriyanın şərqində əsir saxlanan İŞİD döyüşçülərinə cavabdeh olacağını bir daha təkrarlayıb.

 

Tramp "Ağ Ev Türkiyənin uzun müddətdir planlaşdırılan əməliyyatla Şimali Suriyaya doğru irəliləyəcəyini və bölgədə saxlanan bütün İŞİD döyüşçülərinə cavabdeh olacağını açıqladı" paylaşımını xatırladaraq bildirib: "Müxtəlif qruplar arasında döyüş yüz illərdir davam edir. ABŞ heç bir zaman Yaxın Şərqdə olmamalı idi. 50 əsgərimizi bölgədən çıxardıq. Türkiyə Avropanın geri almağı rədd etdiyi və ələ keçirilən İŞİD döyüşçülərini nəzarətinə götürmək məcburiyyətindədir. Bu bitməyən axmaq döyüşlər bizim üçün bitir".

 

Bu arada, Trampın məsuliyyətini Türkiyənin üzərinə qoyduğu İŞİD terrorçularının saxlandığı həbsxanaları ziyarət edən ingilis jurnalist həbsxanaları "partlamağa hazır bomba"ya bənzədib.

 

İngiltərə və Almaniya kimi ölkələrin terrorçu vətəndaşlarını geri almaqdan imtina etməsinin ardından “The Times” jurnalistlərindən biri Entoni Loyd bölgədəki İŞİD düşərgələrini ziyarət edib.

 

Düşərgələrə nəzarəti əlində saxlayan kürd YPG silahlılarının müşayiəti ilə düşərgələri gəzən ingilis jurnalist burada ən azı 5 min İŞİD-çinin olduğunu söyləyib. Jurnalist saxlanılanlar arasında Fransa, İngiltərə, Belçika və ABŞ vətəndaşlarının da olduğunu deyib.

 

Bölgədəki digər 6 həbsxanada da cəmi 7 min terrorçunun saxlandığını bildirən Loyd bu həbsxanaları partlamağa hazır bombaya bənzədib.Baki-xeber.com

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system