Tramp Səudiyyədə olan ABŞ hərbi qüvvələrinin sayın artırmağı tələb etdi

Oxundu: 65
Tramp Səudiyyədə olan ABŞ hərbi qüvvələrinin sayın artırmağı tələb etdi

ABŞ prezidenti Donald Tramp Konqresə yeni təklif göndərib.

 

İslaminSesi arabicRT-ə istinadən xəbər verir ki, Tramp, Konqresdən Səudiyyə Ərəbistanında olan ABŞ qüvvələrinin sayını gələn həftə üçün 3000-ə yüksətləmi istəyib.

 

Tramp bunun səbəbini İranla əlaqələndirib və İrana qarşı tədbir kimi qiymətləndirib:

“Necəki demişdim, 2019 noyabırın 22-də, Amerika maraqlarını qorumaq və bölgədəki müdafiə qabiliyyətlərini artırmaq üçün, İran və ya onunla bir olanlar tərəfindən edilən hər hansı bir düşmənçiliyin qarşısını almaq üçün ABŞ Silahlı Qüvvələri Yaxın Şərqdə yerləşdirilsin.”

 

Tramp həmçinin sentyabırın 14-də Səudiyyənin Aramco neft ayırma zavodlarına edilən hücumda da İranı ittiham edib və növbəti hücumların qarşısının alınması adı ilə Səudiyyədə olan hərbi qüvvələrin sayını 3000 civarına yüksəldilməsini istəyib.

 

Qeyd edək ki, bu ilin 12 oktyabırında, Birləşmiş Ştatlar müdafiə qabiliyyətini artırmaq üçün Səudiyyəyə təxminən 3000 ABŞ əsgəri, hava kəşfiyyatı qüvvəsi, iki Patriot batareyası, iki döyüş təyyarəsi, "Thad" və "Patriot" raketləri göndərəcəyi barədə açıqlama vermişdi.

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system