DÜNYA

Oxundu: 180
Tramp Qüdsü İsrailin paytaxtı elan etdi

Tramp Qüdsü İsrailin paytaxtı elan etdi

ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib.

 

İslaminSesinin APA-ya istinadən xəbərinə görə, ABŞ prezidenti bəyanatını mövcud reallığa əsaslanaraq verdiyini bildirib.

 

“Yerusəlimin  rəsmi olaraq İsrailin paytaxtı kimi tanınmasının vaxtı çatıb”, deyə D.Tramp vurğulayıb.

 

Bundan əvvəl ərəb ölkələrinin liderləri ABŞ prezidentinin niyyətini tənqid ediblər, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ABŞ prezidenti Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və ölkə səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıblar.

 

Aİ isə D.Trampın bu qərarının Yaxın Şərq probleminin həlli istiqamətində səylərə xələl gətirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.  

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system