NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Tramp Qrenlandiyanı almaq istəyir – Vaxtilə Trumen də bu iddia ilə çıxış edib

Oxundu: 73
Tramp Qrenlandiyanı almaq istəyir – Vaxtilə Trumen də bu iddia ilə çıxış edib

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı satın almaq istəyir.

İslaminSesi xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti özünün Ağ Evdəki mənbələrinə istinadən yayıb. Qəzet prezidentin öz müşavirlərinə ABŞ-ın Qrenlandiyanı ala bilmə imkanları barədə dəfələrlə suallar verdiyini və maraqla adanın resursları, geosiyasi əhəmiyyəti, eləcə ABŞ-ın Arktikada hərbi mövcudluğunu genişləndirməsi imkanları haqda müzakirələri dinlədiyini bildirib. Artıq Trampın bəzi müşavirlərinin onun ideyasını dəstəklədiyi, bəzilərinin isə prezidentin bu fikrini müvəqqəti həvəs hesab etdikləri vurğulanıb.


“Vol Strit Jurnal” Vaşinqtonun Qrenlandiyanı almaq istəyinin yeni olmadığını yazıb. Belə ki, II Dünya müharibəsindən sonra Prezident Harri Trumenin də bu iddia ilə çıxış etdiyi və adanı almaq üçün Danimarkaya 100 milyon dollar təklif etdiyi, amma rəsmi Kopenhagendən rədd cavabı aldığı qeyd edilib. Bundan öncə isə ABŞ Dövlət Departamenti hələ 1867-ci ildə adanın ABŞ-a birləşdirilməsi imkanlarını tədqiq edib.
Qeyd edək ki, Qrenlandiya hazırda Danimarkaya məxsusdur.
/Axar.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system