Tramp Makrona: İstəyirsiniz sizə yaxşı İŞİD döyüşçüləri verək

Oxundu: 155
Tramp Makrona: İstəyirsiniz sizə yaxşı İŞİD döyüşçüləri verək

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı Parisin İŞİD xarici üzvlərinin təhvil verilməsi ilə bağlı fikir ayrılığına cavab olaraq, Vaşinqtonun Fransaya yaxşı İŞİD döyüşçüləri verməyə hazır olduğunu söyləyib.

Dəfələrlə Avropa ölkələrini İŞİD vətəndaşlarını qəbul etməkdən imtina etdiyinə görə tənqid edən ABŞ prezidenti Donald Tramp bunu Fransa prezidenti Emmanuel Makrona da kinayə və istehza ilə deyib.

 

Tramp, NATO-nun Londonda keçirilən sammiti çərçivəsində jurnalistlərlə görüşündə İŞİD-in Avropadan olan üzvlərinin geri qaytarılmasına dair sualına cavab verərkən bildirib ki, mən bu barədə prezidentlə (Makronla) danışmamışam.

 

Sonra Makrona tərəf dönərək deyib: "Neçə yaxşı İŞİD döyüşçüsü istəyirsiniz? Bunları verə bilərəm. İstədiyiniz hər hansı birini"

 

Trampın davranışından narahat olan Makron "Ciddi olaq" deyib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system