Tramp işində qəfil şahid: Prezident ona rəqibi ilə bağlı nə tapşırıq verib?

Oxundu: 71
Tramp işində qəfil şahid: Prezident ona rəqibi ilə bağlı nə tapşırıq verib?

ABŞ Prezidenti Donald Trampın impiçmentinə dair dinləmələr başlayıb.

İşdə qəfildən yeni şahid ifadələri ortaya çıxıb. Bu, Odessadan olan biznesmen Lev Parnasdır. 

 

İslaminSesi xəbər verir ki, bu şəxs prezidentin vəkili Rudi Culiani vasitəsilə aldığı tapşırıqları yerinə yetirdiyini deyib.


Onun əsas məqsədi Trampın əsas rəqibi olan Co Baydenin ailə üzvləri ilə bağlı araşdırma aparmaq olub. Özünün Trampla yaxınlığına sübut kimi Parnas onunla olan fotosunu təqdim edib.


Tramp isə bunun onların yaxınlığının sübutu olmadığını və minlələ insanla şəkil çəkdirdiyini deyib. Əlavə edib ki, heç bir Parnas tanımır: "Mən heç bir Parnas tanımıram. Ola bilsin ki, kiminləsə şəkil çəkdirmişəm. Burada indi elə insanlar var ki, həyatımda ilk dəfə görürəm".


Xatırladaq ki, demokratlar Trampı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rəqibinə qarşı çirkin oyunda ittiham edirlər./Cebhe.info/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system