NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Tramp İranı "yenidən möhtəşəm" edəcək və ən yaxın dostu olacaq, amma bir şərtlə...

Oxundu: 1321
Tramp İranı

İran nüvə silahından imtina etsə, ən varlı ölkə olacaq və ABŞ İslam Respublikasını "yenidən möhtəşəm" etmək üçün çalışacaq.

İslaminSesi-nin İnterfax-a istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ prezidenti Donald Tramp jurnalistlərə müsahibəsi zamanı bildirib.

 

"Biz İranın nüvə silahına malik olmasına yol vermək niyyətində deyilik. Onlar bununla razılaşdıqda, ən varlı ölkəyə sahib olacaqlar. Onlar çox xoşbəxt olacaqlar, və mən onların ən yaxın dostu olacam. Ümid edirəm ki, bu, baş verəcək. Gəlin İranı yenidən möhtəşəm edək!", - deyə o, çağırış edib.

 

Lakin bu çağırışdan bir müddət sonra Tramp öz Twitter səhifəsində İrana qarşı yeni sanksiyaların elanını edib:

 

 

"Biz bazar ertəsi İrana qarşı yeni mühüm sanksiyalar tətbiq etməyə başlayırıq. Mən İranın sanksiyalardan azad olunacağı və yenidən məhsuldar və inkişaf edən ölkəyə çevriləcəyi günü səbirsizliklə gözləyirəm - nə qədər tez olsa, o qədər yaxşı!" 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system