NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Tramp ilk dəfə olaraq VETO haqqından istifadə edəcək

Oxundu: 44
Tramp ilk dəfə olaraq VETO haqqından istifadə edəcək

ABŞ konqresi ilk dəfə olaraq prezident tərəfindən elan olunmuş fövqəladə vəziyyətin ləğvinə səs verib, Tramp isə ilk dəfə veto haqqından istifadə edəcək və konqres bu halda heç bir şey edə bilməyəcək.

İslaminSesi-nin verdiyi xəbərə görə, bu haqda BBC yazır.

 

Fövqəladə vəziyyətin ləğvi haqqında qətnaməni Trampa müxalif olan demokratlardan başqa, 12 respublikaçı-senator da dəstəkləyib.

 

Tramp səsvermədən öncə öz Twitter səhifəsində yazmışdı ki, respublikaçılar fövqəladə vəziyyətin ləğvinə səs versələr, onlar nümayəndə palatasının spikeri Nensi Pelosini, eləcə də açıq sərhədləri olan demokratları və cinayətkarlığı dəstəkləmiş olacaqlar.

 

Pelosi sərhəddə divarın tikilməsinin qəti əleyhinədir və Trampa bunun üçün bir sent də verməyəcəyini bildirib.

 

Fövqəladə vəziyyətin ləğvi haqqında qətnaməni dəstəkləyən respublikaçılar hesab edirlər ki, bu gedişlə gələcəkdə prezidentlər hökumətin maliyyələşdirilməsi səlahiyyətini konqresin əlindən ala bilərlər və fövqəladə vəziyyətin tətbiqi taktikasından özlərinə lazım olan proqramların maliyyələşdirməsi üçün istifadə edə bilərlər.

 

Nəticədə 59 senator fövqəladə vəziyyətin ləğvi haqda qətnaməni dəstəkləyib, 41 nəfər qarşı çıxıb.

 

"VETO", - deyə Tramp səsvermə bitəndən bir neçə dəqiqə sonra öz Twitter səhifəsində yazıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system