NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Tramp hakimiyyətdən gedərsə, müqaviləyə təkrar qoşula bilərik”

Oxundu: 185
 “Tramp hakimiyyətdən gedərsə, müqaviləyə təkrar qoşula bilərik”

ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qor maraqlı açıqlama ilə çıxış edib. O, bildirib ki, Donald Tramp bir çıxışla müqavilədən imtina etdiyini açıqladı. Lakin yeni prezidentimiz olarsa, o zaman “Paris” müqaviləsinə təkrar qoşula bilərik.

 

İslaminSesi “Haber7.com” a istinadən xəbər verir ki, Albert Qor müqavilənin hələ də əhəmiyyətini itirmədiyini,   195 ölkənin tarixdə ilk dəfə qlobal iqlim dəyişikliyi ilə mübarizə məsələsində bir araya gəldiyini açıqlayıb.  

 

Keçmiş vitse-prezident bildirib ki, iqlim dəyişikliyi və qlobal istiləşmədən ən çox iqtisadi vəziyyəti ağır olan ölkələr və insanlar əziyyət çəksələr də, bu hal bütün dünyaya öz təsirini göstərir.

 

Bu səbəbdən də dünya dövlətləri hərəkətə keçərək, iqlim dəyişikliyi ilə mübarizə aparmalıdır. Enerji mənbələrini günəş və küləyə çevirməklə ekoloji mühitə ziyan vurulmamalıdır. 

 

Albert Qor əlavə edib ki, iqlim dəyişikliyi təkcə Afrikaya deyil, Amerika və Asiya qitələrinə də böyük ziyan vurur. Kaliforniyada baş verən yanğınlar,  digər ştatlarda baş verən qasırğalar buna misaldır.  Kaliforniyada baş verən yanğın nəticəsində 129 milyon ağac məhv oldu.

 

Bütün bunlar nəzərə alınaraq qlobal iqlim dəyişikliyi ilə birgə və səmərəli mübarizə aparmaq olduqca vacibdir –deyə Albert Qor əlavə edib.   

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system