Tramp “Əsrin sazişi”nə hazırlaşır - Fələstindən reaksiya

Oxundu: 99
Tramp “Əsrin sazişi”nə hazırlaşır - Fələstindən reaksiya

Əgər ABŞ-ın təklif etdiyi “Əsrin müqaviləsi” (ABŞ-ın İsrail-Fələstin konfliktinin həlli ilə bağlı təklif etdiyi plan – red.) beynəlxalq qanunvericiliyə zidd olsa, Fələstin hökuməti bu razılaşmadan imtina edəcək.

İslaminSesi xəbər verir ki, bunu Fələstin lideri Mahmud Abbasın rəsmi nümayəndəsi Nabil Əbu Rudeyna deyib.

 

“Əgər razılaşma imtina etdiyimiz formullar əsasında elan edilsə, hökumət qanuni haqlarımızı qorumaq üçün tədbirlər görəcək”, – deyə o bildirib.


Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp “Əsrin müqaviləsi”ni İsrail Baş naziri Benyamin Netanyahu ilə 28 yanvarda planlaşdırılan görüşündən əvvəl açıqlayacağını bəyan edib./axar.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system