Tramp Əfqanıstanda telefonsuz qaldı

Oxundu: 76
Tramp Əfqanıstanda telefonsuz qaldı

ABŞ Prezidenti Donald Trampın Əfqanıstana səfəri zamanı üzərində mobil telefon olmayıb.

İslaminSesi "Politico" qəzetinə istinadən xəbər verir ki, Trampın tvitlərinin olmaması şübhə yaratmasın deyə, bir müddət onun əvəzindən köməkçiləri paylaşım ediblər.


Qeyd edək ki, bu həftənin əvvəlində Amerika liderinin Florida ştatına səfər edib, ailəsi ilə birlikdə orada Şükranlıq gününü qeyd edəcəyi və paytaxta yalnız bazar ertəsi qayıdacağı güman edilirdi. Lakin cümə axşamı Tramp əvvəlcədən elan olunmadan Əfqanıstana səfər edib.

Nəşrin yazdığına görə, Tramp gizli şəkildə - hərbi nəqliyyat təyyarəsində Vaşinqton yaxınlığındakı "Andrews" aviabazasına uçub. Oradan isə başqa bir təyyarə ilə Əfqanıstana yola düşüb.

Səfər ciddi məxfilik şəraitində keçib. Xüsusilə, prezidentlə birlikdə uçan hər kəsdən mobil telefon və siqnal yayan digər cihazlar götürülüb. Trampı səfərdə müşayiət edən jurnalistlərə Əfqanıstana çatana qədər hara uçmaları barədə məlumat verilməyib.

Xatırladaq ki, səfər zamanı Tramp əfqan həmkarı Əşrəf Qani ilə görüşüb, həmçinin Baqram bazasındakı amerikalı hərbçilərə baş çəkib, onları Şükranlıq günü münasibətilə təbrik edib. ABŞ prezidenti noyabrın 29-da Vaşinqtona qayıdıb./Azvision.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system