NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Tramp divarın tikintisinə 8 milyard dollar ayıracaq

Oxundu: 115
Tramp divarın tikintisinə 8 milyard dollar ayıracaq

ABŞ prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərman imzalamaq və Meksika ilə sərhəddə divar tikintisinə 8 milyard dollar ayıracağını elan etmək niyyətindədir.

İslaminSesi-nin RT-yə istinadən verdiyi xəbərə görə, bu haqda CNN ABŞ administrasiyasındakı mənbələrə əsasən məlumat yayıb.

Məlumatda bildirilir ki, Tramp müvafiq sənədləri 15 fevral tarixində Ağ evin Qızılgül bağçasında imzalayacaq.

Bununla yanaşı, qeyd olunur ki, bu qərara görə, "çox güman ki, demokratlar məhkəmədə iddia qaldıracaqlar".

Xatırladaq ki, daha öncə Ağ evin mətbuat katibi Sara Sanders Meksika sərhədində divar tikintisi ilə bağlı ABŞ-da fövqəladə vəziyyətin elan olunacağı haqda planları təsdiqləyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system