Tramp divar tikintisinə Pentaqondan milyard dollar aldı

Oxundu: 220
Tramp divar tikintisinə Pentaqondan milyard dollar aldı

Pentaqon Meksikayla sərhəddə divarın tikintisinə milyard dollar ayırıb.

İslaminSesi-nin İslam-Today.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda idarənin rəsmi saytında bildirilir.

 

Vəsaitlər 57 mil (təxminən 91 kilometr) uzunluğunda olan hasarın tikintisinə, Yuma (Arizona ştatı) və El-Paso (Texas) şəhərlərində yolların və işıqlanmanın yaxşılaşdırılmasına xərclənəcək.

 

Bu, Trampın divar tikintisi layihəsi üçün aldığı ilk milyarddır.

 

Xatırladaq ki, Meksikayla sərhəddə hasarın tikilməsi Trampın seçkiqabağı vədlərindən biri olub. Divar qeyri-qanuni immiqrasiya və narkotiklərin qaçaqmalçılığının qarşısını almaq üçün tikilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system