NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Tramp Con Kerrinin məsuliyyətə cəlb olunmasını tələb edib

Oxundu: 399
Tramp Con Kerrinin məsuliyyətə cəlb olunmasını tələb edib

ABŞ Prezidenti Donald Tramp keçmiş senator və sabiq dövlət katibi Con Kerrini İran hökumətindən olan yüksəkvəzifəli şəxslərlə görüşdüyünə və onların “nə etməli olduğunu” deməsinə görə cümə axşamı onu məsuliyyətə cəlb etməyə çağırıb.

 

"İslaminSesi" - Kerri Trampın ittihamlarını qətiyyətlə rədd edir. ABŞ KİV-ləri Con Kerriyə yaxın mənbəyə istinadla bildirirlər ki, Tramp ABŞ-ı İranın nüvə sazişindən çıxarandan bəri keçmiş dövlət katibi İran hökumətinin üzvləri ilə danışmayıb.

 

Trampın müşavirləri İrana münasibətdə gələcək addımları müzakirə etmək üçün cümə axşamı Ağ evdə görüşüblər. Prezident Tramp deyib ki, o, İran ilə müharibə etmək arzusunda deyil və İran rəhbərliyi ilə danışıqlar aparmaq istəyir. Lakin Prezidentin sözlərinə görə, məhz Kerri bunun qarşısını alıb. Tramp deyib: “Con Kerri onlara deyir ki, zəng etməsinlər. Bu, Loqan qanununun pozulması deməkdir və açığını deyim ki, Kerri bu hərəkətinə görə məsuliyyətə cəlb edilməlidir, lakin mənim əməkdaşlarım heç nə etmək istəmirlər”.

 

Loqan qanununa görə, Amerika vətəndaşlarının xarici dövlətlərin rəsmiləri ilə şəxsən danışıqlar aparması qadağandır. 1799-cu ildə imzalanmış bu qanuna əsasən qeyri-rəsmi şəxslərin xarici hökumətlərlə Birləşmiş Ştatlara aid məsələlərə dair federal hökumətin icazəsi olmadan danışıqlar aparmasına və ya əməkdaşlıq etməsinə görə cəza nəzərdə tutulur. Bu qanun filadelfiyalı həkim, fermer və siyasətçi Corc Loqanın şərəfinə belə adlanıb. Loqan 1798-ci ildə ABŞ-ın milli maraqlarına etinasızlıq göstərərək Fransa ilə razılıq əldə etməyə cəhd göstərib. Bu gün Loqan qanununu pozanlar barəsində 3 ilə qədər həbs cəzası nəzərdə tutulur, lakin Amerika tarixində hələ heç vaxt bu qanun praktikada tətbiq edilməyib(azərtac).

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system