NAMAZ VAXTLARI:
  • FƏCR 04:58
  • GÜN 06:20
  • ZÖHR 12:36
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Tramp bütün dünyanın əziyyət çəkdiyi problemə çevrilib, lakin..." - The Guardian

Oxundu: 74

Donald Trampın Qrenlandiya adasını almaq istəyi və daha sonra buna görə Danimarkadan küsməyi onun prezidentliyi dövründəki növbəti lətifələrdən birinə dönüb.

“Xoşbəxtlikdən ölkələrin alınıb-satılması dövrü artıq keçib. Gəlin artıq bunu keçmişdə buraxaq. Zarafat bir yana, biz həqiqətən Birləşmiş Ştatlarla daha sıx strateji münasibətlər qurmaq istəyirik”, - deyə Danimarkanın baş naziri Mette Frederiksen məsələyə bu cür münasibət bildirib.


“Lakin Tramp üçün alış-satış prinsipləri keçmişdə qalmayıb. Çünki onun özü rusiyalı və səudiyyəli dostlarla çox alverə girib. O qədər ucuz bir adamdır ki, onu hətta sanksiyaların ləğvi müqabilində Moskvada Tramp qülləsi tikmək təklifi ilə yoldan çıxarmaq olar”, - deyə “The Guardian” qəzetindən Riçard Uoffe yazıb.


“Qrenlandiya Trampın beyninə elə-belə gəlməyib. O Rusiyanın radarında da mühüm yer tutur. Bu ilin əvvəlində rəsmi Moskva qütb dairəsindəki kiçik Kotelniy adasında hərbi bazasını qurub. Bu ada qütb bölgəsində iqlim dəyişikliyinin fəlakətli nəticələrinin göz önündə olduğu ərazidə yerləşir. Arktika isə neft və nadir metallarla zəngin olan qitə sayılır. Bu mənada Danimarka da planetin əl dəyməyən bölgəsinin qarət olunmasına icazə verə bilərdi. Hər halda Rusiyanın iqlim böhranının baş alıb getdiyi bir zamanda bu məsələdə hansı yeri tutduğunu təxmin etmək çətin deyil... indi Trampın düşüncəsiz şəkildə Qrenlandiyanı almaq istəyini dilə gətirmək istəməsi Putinin idarəçiliyi altında necə bir marionet ABŞ prezidentinin olduğunu daha aydın görmək olar”, - deyə Uoffe ağır cümlələr işlədib.


Müəllif Danimarkanın keçmiş xarici işlər naziri Villi Sevndallın Ağ Evin rəhbərini “narsis səfeh” adlandırdığını yada salıb. “Lakin bu kloun artıq heç kmi güldürmür”, - deyə keçmiş nazir qəzəblə bildirib.


“Əsas problem bundan ibarətdir ki, bu adam dünyanın ən qüdrətli dövlətinin başçısıdır. Və bu problemdən bütün dünya əziyyət çəkməlidir. Lakin onu yalnız ABŞ seçiciləri həll edə bilər”, - deyə R.Uoffe yazısını bu sözlərlə yekunlaşdırıb. (musavat.com)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system