Tramp beş gün ərzində Fələstinlə bağlı planını açıqlayacağını bildirib

Oxundu: 88
Tramp beş gün ərzində Fələstinlə bağlı planını açıqlayacağını bildirib

ABŞ prezidenti Donald Tramp gələn həftə İsrail baş nazirinin Vaşinqtona səfərindən öncə “Əsrin Sazişi” planını açıqlayacağını bildirib.

İslaminSesi FransPress-ə istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu barədə ötən günkü açıqlamasında deyib.

 

ABŞ prezidenti bildirib ki, “Əsrin Sazişi” kimi tanınan “Yaxın Şərqdə sülh” planını Benyamin Netanyahunun Vaşinqton səfərindən öncə açıqlayacaq.


Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, Tramp Benyamin Netanyahu və Beni Qantsı “Əsrin Sazişi”nin müzakirə edilməsi üçün Vaşinqtona çağırıb.


İordaniya və Fələstin ABŞ-ın və İsrailin möhtəməl addımı ilə bağlı ciddi xəbərdarlıq ediblər.


Bu sazişin bir bəndinə əsasən İsrail öz "suverenliyini" (işğal edilmiş) İordan vadisinə də şamil edəcək. İordan vadisi qərb sahilində yerləşən Fələstin ərazilərinin 30 faizini təşkil edir. Bu bölgə 1967-də İsrail tərəfindən işğal edilib. ABŞ bundan öncə Qüdsü İsraili paytaxtı, Suriyanın Colan yüksəkliklərini isə İsrailin ərazisi kimi tanıyıb./SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system