NAMAZ VAXTLARI:
  • FƏCR 06:26
  • GÜN 07:53
  • ZÖHR 12:34
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Tramp Ağ Evin hər bir əməkdaşını 10 milyon dollarlıq şantaj edib

Oxundu: 388
Tramp Ağ Evin hər bir əməkdaşını 10 milyon dollarlıq şantaj edib

ABŞ prezidenti Donald Tramp öz prezidentlik dövrünün hələ əvvəlində ikən Ağ Evin yüksək rütbəli əməkdaşlarının hər birini müqavilələr bağlamağa məcbur edib. Müqavilələr son dərəcə vacib məlumatların sızmasının qarşısını almaq barədədir. İslaminSesi.info RT-yə istinadla xəbər verir ki, bu barədə mənbələrə istinadən The Washington Post xəbər verir.

Nəşrin məlumatına görə, bu sazişlərin fərqləndirici cəhəti müqavilənin fəaliyyət müddətinin administrasiyadakı bu və ya digər insanın administrasiyasının iş çərçivəsindən və hətta Trampın prezidentlik müddətinin həddindən də çıxması olub.

 

Məmurların bəziləri sazişi Rayns Pribusun təzyiqi ilə imzalayıb. Pribus həmin vaxt Ağ Ev əməkdaşları aparatının rəhbəri vəzifəsində çalışırdı.

 

Mənbənin sözlərinə görə, sənədin qaralama variantında əməkdaşın müqaviləni pozacağı halda dövlət xəzinəsinə 10 milyon dollar məbləğində cərimənin ödəməli olduğu nəzərdə tutulurdu.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system