Tramp 7,5 saniyəyə dünyanın sonunu gətirəcək - ŞOK İDDİA

Oxundu: 108
Tramp 7,5 saniyəyə dünyanın sonunu gətirəcək - ŞOK İDDİA

Robert Reyx: “Dua edin ki, qarşımızdakı 14 ayı sağ-salamat yola verək”

“Donald Tramp 7,5 saniyədə dünyanın sonunu gətirə bilər”.


İslaminSesi xəbər verir ki, bunu Kaliforniya Universiteti İctimai Siyasət Fakültəsinin professoru və 80 ildir yayımlanan “Newsweek” dərgisinin köşə yazarı Robert Reyx iddia edib.


Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp artıq rasional davranmır və təhlükəli səviyyədə balanssız biri olmağa başlayıb. Yazar Trampın Qrelandiya adasını satmadığı üçün Danimarkaya səfərini və Taliban qruplaşması ilə Kamp Daviddə keçiriləcək gizli sülh görüşü ləğv etdiyini tvitterdən elan verməsinə diqqət çəkib.


“ABŞ lideri hər ötən gün daha da pisləşir. Məncə, artıq heç kimin qəbul etmək istəmədiyi kimi görünən gerçəklə üzləşməliyik. Bu mövzu kəskin narsizm və möhtəşəmliyin nümunəsi deyil. Heç eqo da deyil. ABŞ-ın prezidenti ciddi şəkildə, qorxulu və təhlükəli vəziyyətdədir. Belə bir insanın Dəyirmi Ofisdə oturması çox böyük zərərlər verə bilər. Nə edəcəyik? 14 aydan sonra seçkilərdə onu ofisindən göndərə bilərik. Amma o, 7,5 saniyədə dünyanın sonunu gətirə bilər”, - Reyx qeyd edib.

 

Vəzifəsindən getməmək üçün vətəndaş müharibəsi başlada bilər

 

Artıq Trampın öhdəsindən gəlməyin çox da asan olmayacağını vurğulayan köşə yazarı yazısına bu sözlərlə davam edib: “Təbii ki, o, mandatından özü istəyərək ayrılacaqmı, bilmirik. Qazanmaq üçün nələr edə biləcəyini düşünə bilirsinizmi? Rusiyaya daha çox pis işlərinimi gördürər? Ədliyyə Nazirliyinə müxaliflərinin həbs edilməsi təlimatınımı verər? ABŞ-da doğulmayanların səsvermə hüququndan itifadə edə bilməməsinimi əngəllər? Başqa bir müharibəmi başladar? Onsuz da, heç bir ABŞ prezidenti asanlıqla postunu tərk etmədi. Riçard Nikson nələr olduğunu gördüyü üçün istefasını vermişdi. Tramp isə vətəndaş müharibəsi başladar”.


Trampın prezidentlikdən getməsinin vacib olduğunu bildirən Reyx yazısını belə bitirib: “Dua edin ki, qarşımızdakı 14 ayı sağ-salamat yola verək”. /Publika.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system